Sida Abuşova – Həkim-Kosmetoloq
Estetik prosedurdan sonra baxım mərhələsi ən az prosedurun özü qədər vacibdir. Çünki nəticənin qalıcı olması, şişkinlik və ya fəsad riskinin azalması məhz bu mərhələdə düzgün davranmaqdan asılıdır. Təəssüf ki, bir çox insanlar “sadə prosedurdu, xüsusi qayğıya ehtiyac yoxdur” düşünərək bəzi səhvlərə yol verirlər.
Gəlin, prosedurdan sonra ən çox edilən 7 səhvə və onların nəticələrinə birlikdə baxaq
Prosedurdan sonra dəri mikrozədələnmiş olur. İlk 24 saat ərzində tonallıq, pudra və digər makiyaj vasitələri istifadə etmək gözenəklərin tıxanmasına və iltihaba səbəb ola bilər.
➡️ Tövsiyə: Ən az 1 gün makiyajdan uzaq qalmaq və həkimin təyin etdiyi xüsusi krem və serumlardan istifadə etmək lazımdır.
Yeni işlənmiş dəri günəş şüalarına qarşı daha həssas olur. Bu, hiperpigmentasiya (ləkələrin yaranması) riskini artırır.
➡️ Tövsiyə: Prosedurdan sonra ən az 10 gün SPF 50+ günəş qoruyucu kremdən istifadə edin.
İstilik, buxar və tərləmə prosesləri inyeksiya edilmiş maddənin yayılmasına və nəticənin dəyişməsinə səbəb ola bilər.
➡️ Tövsiyə: Prosedurdan sonra 3-4 gün ərzində idman, hamam və saunadan uzaq durun.
Bəzi insanlar şişkinliyi azaltmaq üçün buz torbalarını birbaşa dəriyə qoyur. Bu isə kapilyar damarların zədələnməsi və dərinin yanması ilə nəticələnə bilər.
➡️ Tövsiyə: Buzu birbaşa deyil, nazik parça vasitəsilə 5-10 dəqiqəlik intervallarla tətbiq edin.
Bu maddələr qan dövranını dəyişərək şişkinlik, göyərmə və iyiləşmənin ləngiməsinə səbəb olur.
➡️ Tövsiyə: Prosedurdan ən az 48 saat öncə və sonra alkoqol və siqaretdən uzaq qalın.
Bəzi pasiyentlər nəticəni tez görmək üçün masaj etməyə çalışır, lakin bu, inyeksiya edilmiş materialın yerini dəyişə bilər.
➡️ Tövsiyə: Həkim icazə verməyincə üzə toxunmayın və masaj etməyin.
Ən böyük səhv – mütəxəssis tövsiyələrinə əməl etməməkdir. Hər prosedurun bərpa prosesi fərqlidir və sosial mediada gördüyünüz “ümumi məsləhətlər” sizə uyğun olmaya bilər.
➡️ Tövsiyə: Sadəcə sizi prosedura edən həkimin tövsiyələrinə əməl edin.
Unutmayın, dəriyə edilən hər müdaxilə bərpa dövrü tələb edir. Bu qaydalara əməl etməklə nəticə həm daha gözəl, həm də daha qalıcı olacaq.
🔹 Dr. Sida Abuşova – sertifikatlı həkim-kosmetoloq, anti-age və injectable prosedurlar üzrə beynəlxalq təcrübəyə malik mütəxəssisdir.
O, hər bir pasiyentə fərdi yanaşma tətbiq edərək təhlükəsiz və elmi əsaslı estetik nəticələr təqdim edir.